“Microsoft” korporasiyası 2020-ci ilin mart ayında şaquli pəncələr funksiyasını təqdim etmişdir.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Bu aydan etibarən şaquli pəncərələr “Edge” brauzerinin bütün istifadəçiləri üçün əlçatan olacaq.
Verilən məlumata görə, pəncərələrin bu düzülüşü 16:9 ölçülü ekranlar üçün uyğun gələcək. Bir kliklə ekranı şaquli formata keçirmək mümkün olacaq.
Bundan əlavə, “Microsoft” brauzerin işini 41% sürətləndirən “startup boost” funksiyasını əlavə edib. Şirkətin icraçı direktoru Liat Ben-Zeraya görə, sınaqlar zamanı brauzerin işləmə sürəti 29%-dən 41%-dək artıb.
Xatırladaq ki, “Edge” brauzeri 2015-ci ildə “Windows 10” əməliyyat sisteminin bir hissəsi olaraq təqdim edilib. 2018-ci ilin dekabr ayında şirkət “macOS” üçün də versiyasını hazırlayıb. 2020-ci ilin yanvarında “Microsoft” “Edge” brauzerinin “Chromium” platformasına əsaslanan ilk sabit versiyasını buraxıb.
2020-ci ilin may ayında brauzer səhifə daxilində kontekstual axtarış funksiyası və “Kolleksiyalar” bölməsini əlavə edib.