35 C
Baku
Tuesday, June 18, 2024

Bu şəxslərə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək

Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.

Banker.az xəbər  verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, bundan əvvəl xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilib. Yeni qaydanın tətbiqi ilə əlaqədar bu müddəa ləğv olunub.

Son xəbərlər
 ⁠
Digər xəbərlər