22 C
Baku
Sunday, April 28, 2024

Edqars Rinkeviçs Latviya prezidenti seçilib

Latviyanın keçmiş xarici işlər naziri Edqars Rinkeviçs prezident seçilib.

Bu gün Latviya parlamenti ölkənin yeni prezidentini seçib.

Edqars Rinkeviçs 52 parlamentarinin dəstəyini qazanaraq ölkənin növbəti prezidenti seçilib. Digər namizəd iş adamı Uldis Pilens isə 25 səs alıb.

“Latviya Respublikasının Prezidenti seçilməkdən şərəf və qürur duyuram, Latviya xalqına yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm. Mən millət vəkillərinə göstərdikləri etimada görə təşəkkür edirəm”, – Rinkeviçs bildirib.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər