“Edumedia-Azərbaycan” MMC 2023-cü ili 2 milyon 751 min manat mənfəətlə başa vurub. 2022-ci ildə MMC-nin mənfəəti 1 milyon 125 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 2.4 dəfə artması deməkdir.
Banker.az bu barədə MMC-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Edumedia-Azərbaycan”ın əsas əməliyyat gəlirləri 9 milyon 689 min manat (əvvəlki ilə nisbətən 47% çox), satışın maya dəyəri 6 milyon 667 min manat (30% çox) təşkil edib.
Hesabat dövründə “Edumedia-Azərbaycan”ın cəmi aktivləri 4 milyon 602 min manat, cəmi öhdəlikləri 248 min manat, cəmi kapitalı isə 4 milyon 354 min manat olub.