9 C
Baku
Sunday, December 1, 2024

“Edumedia-Azərbaycan” səhmdarlara keçən il 1.3 mln. manat dividend ödəyib

“Edumedia-Azərbaycan” MMC 2023-cü ildə bölüşdürülməmiş mənfəətindən səhmdarlara daha 1 milyon 281 min manat dividend ayırıb.

Banker.az xəbər verir ki, bu barədə şirkətin audit hesabatında bildirilir.

Hesabata görə, şirkət 2023-cü ildə 2 milyon 751 min manat xalis mənfəət əldə etməklə 2022-ci ildən 144 faiz daha yaxşı nəticə göstərib. Halbuki şirkət 2022-ci ildə 1 mln. 125 min manat xalis mənfəət əldə etmişdi.

Bununla belə, şirkətin 1 yanvar 2024-cü il tarixinə 4 mln. 354 min manat bölüşdürülməmiş mənfəəti qalmaqdadır.

Şirkətin səhmdarlarına 2021-ci ildə 1 mln. 465 min, 2022-ci ildə 332 min, 2023-cü ildə isə 1 mln. 281 min manat dividend ödənilib.

Xatırladaq ki, “Edumedia-Azərbaycan” MMC 2011-ci ildə təsis edilib. Şirkət təhsil və biznes sahəsində yeni, interaktiv xidmət və həllər təqdim edir.

Son xəbərlər
Digər xəbərlər