12 C
Baku
Friday, December 5, 2025

“ƏDV geri al” ilə əhaliyə 11 ayda ₼172.3 mln. vəsait qaytarılıb

2025-ci ilin yanvar–noyabr ayları ərzində “ƏDV geri al” ilə müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılmış həcmi 172.32 milyon min manat olub.

Banker.az bunu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Bu da 2024-cü ilin eyni dövründəki 160.28 mln. manatı 12 milyon manat üstələyir.

Bu ödənişlər ölkədə pərakəndə ticarət və iaşə fəaliyyəti göstərən şəxslərdən alınan mallara, teatr tamaşaları, film nümayişi, muzey ziyarətləri və simfonik orkestr konsertləri üzrə göstərilən xidmətlərə, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən təqdim olunan tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar vasitəsilə istehlakçılara qaytarılır.

Qeyd edək ki, “ƏDV Geri Al” layihəsinə neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları daxil deyil.

2025-ci ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılmışdır. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Eyni dövrdə xarici vətəndaşlar tərəfindən respublika ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV (“tax free”) məbləği isə 9 milyon 819,7 min manat təşkil edib. Öncəki ilin eyni dövründə bu rəqəm 21 milyon 301,7 min manat idi.

Son xəbərlər
Digər xəbərlər