2025-ci ilin yanvar–avqust aylarında ölkədə pərakəndə ticarət, iaşə, mədəniyyət xidmətləri (teatr, kino, muzey, simfonik konsert) və tibbi xidmətlər üzrə fiziki şəxslər tərəfindən ödənilmiş ƏDV-nin müvəkkil banklar vasitəsilə qaytarılan həcmi 124 milyon 658,4 min manat olub.
Banker.az-ın məlumatına görə, eyni dövrdə xarici vətəndaşların fərdi istehlak üçün aldığı mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV (“tax free”) 6 milyon 944,9 min manat təşkil edib.