12 C
Baku
Saturday, November 23, 2024

“ƏDV GERİ AL” prosesi saxtalaşdırılıb

Sosial şəbəkələrdə “ƏDV GERİ AL” prosesi saxtalaşdırılıb. Bununla bağlı məlumatlar müxtəlif müzakirə qruplarında paylaşılıb. Belə ki, vətəndaşları aldatmaq üçün saxta “www.edv-geri.com” saytı yaradılıb.

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən faktı təsdiq ediblər.

ETX-dən bildirilib ki, kiberdələduzlar tərəfindən “www.edv-geri.com” adı altında saxta veb-sayt yaradılıb:

“Veb-sayt vasitəsilə vətəndaşlardan ilk növbədə FİN-kodlarını, daha sonra isə yığılan ƏDV-lərin bank kartına köçürülməsi üçün kart məlumatlarını daxil etmək tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-saytlara etimad göstərməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi tövsiyə edir”. (oxu.az)

Son xəbərlər
Digər xəbərlər