16 C
Baku
Sunday, November 3, 2024

Edward Snowden smartfonu izlənmədən qoruyan mobil tətbiq təqdim edib

Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı və Amerikanın Freedom of the Press Foundation təşkilatının rəhbərlərindən biri olan Edward Snowden smartfonu izlənmədən qoruyan mobil tətbiq təqdim edib.

Bu barədə Wired saytı xəbər verib. Haven adlı mobil tətbiq Android əməliyyat sistemi əsasında çalışan ucuz smartfonlar üçün nəzərdə tutulub. Tətbiq yaradıcılarının ideyasına əsasən istifadəçi həmin telefonu evində və ya hansısa başqa bir yerdə saxlamalıdır. Haven tətbiqi vasitəsilə isə smartfon gizli şəkildə videoçəkilişi və audioyazını reallaşdıracaq. Snowden-in fikrincə bu üsulla istifadəçi müəyyən edə biləcək ki, o olmadığı vaxtda kimsə onun cihazını hack etməyə və ondan istifadə etməyə çalışıb yoxsa yox.

image 25825325772166

Bundan əlavə olaraq bu tətbiq smartfona ani giriş cəhdlərini və ona casus tətbiqlərin yazılmasını da təyin edərək bu barədə istifadəçiyə məlumat verir. “Təsəvvür edinki sizin keşik çəkən itiniz var və siz onu özünüzlə istədiyiniz yerə götürə və ya hansısa otel otağında qoya bilərsiniz. O çox ağıllıdır və ətrafda olan bütün hadisələri təyin edir” – deyə Edward Snowden bildirib. Snowden etiraf edib ki, bu tətbiq kiminsə sizin otağınıza daxil olub cihazınıza müdaxilə etməkdən qoruya bilməz. Lakin o, bu cür hadisəni hər dəqiqə öz yaddaşına yazaraq sonradan onu ortaya çıxara bilər. Bu üsulla tətbiq xüsusi dövlət orqanlarının öz vəzifələrindən suistifadənin qarşısını alır.

image 39054366154596

Son xəbərlər
Digər xəbərlər