Effekt hiss olunur. Əmək müqavilələrinin sayı son iki ayda kəskin artdıb

0

“Bu ilin iki ayı ərzində qeyri-formal məşğulluqla mübarizə nəticəsində ölkədə əmək müqavilələrinin sayı 53 mindən çox artıb”.

Bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nazir bildirib ki, bunun 40 mini özəl sektorun payına düşür: “Bu rəqəmlər onu göstərir ki, aparılan islahatlar öz bəhrəsini verir. Əmək müqavilələrindəki artım formal məşğulluğun genişlənməsi, qeyri-formal məşğulluğun azalmasına dəlalət edir”.

S.Babayev qeyd edib ki, hazırda Azərbaycanda ümumi məşğulluğun mənzərəsi kifayət qədər normal görünür: “Əsas məqsəd muzdluların payının artırılmasıdır. Bu da onların pensiya və sosial müdafiə təminatına ciddi dəstək verəcək”. 

Qeyd edək ki, ötən ilin son ayında vergi məcəlləsində bir sıra dəyişiklər edilərək “kölgə iqtisadiyyat”ın azaldılması hədəf götürülüb.

Report