21 C
Baku
Monday, May 20, 2024

“Effekt-İnşaat” MTK 25 min manatadək cərimə edilə bilər

“Effekt-İnşaat” Mənzil-Tikinti Kooperativi cərimələnir.

Banker.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə cərimə protokolu tərtib edib, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərib.

İXM-in 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000 manatdan 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20 000 manatdan 25 000 manatadək məbləğdə cərimə edilir.

Dövlət Əmək Müfəttişliyi Xidməti “Effekt-İnşaat” MTK barəsində inzibati xətanı Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində sübut edərsə, o zaman ən aşağısı onu 20 min manatlıq cərimə gözləyir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər