4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

“Effektinvest” BOKT kiçilib, gəlirləri azalıb – Vəziyyəti məlum oldu

“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 11 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ildə BOKT-un mənfəəti 6 min manat olub.

Banker.az BOKT-un audit hesabatına istinadən xəbər verir ki, bu, 2019-cu illə müqayisədə 83.3% və ya 1.8 dəfə çoxdur.

Ötən il “Effektinvest”in vergiyəqədərki mənfəəti 14 min manat (əvvəlki ilə nisbətən 75% çox), mənfəət vergisi ödəmələri isə 3 min manat (67% çox) təşkil edib.

2020-ci ildə “Effektinvest”in gəlirləri 161 min manat, o cümlədən faiz gəlirləri 113 min manat, qeyri-faiz gəlirləri 48 min manat təşkil edib ki, BOKT-un cəmi gəlirləri əvvəlki ilə nisbətən 33% azdır.

“Effektinvest” BOKT-un işçi heyəti üzrə xərcləri 42 min manat (20% çox), ümumi inzibati xərcləri 49 min manat (47.3% az), köhnəlmə və amortizasiya xərcləri 33 min manat (0.25 çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Effektinvest”in cəmi aktivləri 2 milyon 609 min manat olub ki, bu da illik müqayisədə 4.5% azdır. Bunun 2 milyon 172 min manatı müştərilərə verilmiş kreditlərdir. 2020-ci ildə BOKT-nin kredit portfelində 2019-cu illə müqayisədə dəyişiklik olmayıb.

Hesabat dövründə “Effektinvest”in öhdəlikləri 31% azalaraq 1 milyon 901 min manata düşüb, balans kapitalı isə 0.6% artaraq 836 min manata çatıb.

Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 810 min manatdır.

e1 e2
Son xəbərlər
Oxşar xəbərlər