17 C
Baku
Friday, October 18, 2024

“Effektinvest” BOKT-un təsisçiləri dəyişib

“Effektinvest” MMC bank olmayan kredit təşkilatının (BOKT) 3 təsisçisindən 2-si – Zülfüqar Niftiyev və İradə Hacıyevə paylarını satıblar.

Onların paylarını Şirin Cavadov və Fərid Köçərli alıblar.

Hazırda adı çəkilən şəxslər BOKT-da müvafiq olaraq 52.8 % və 45.5 % paya malikdirlər. Kredit təşklatının təsis paylarının 1.7 %-i isə Elçin Niftiyevə məxsusdur. Yeri gəlmişkən, o, əsas təsisçilər dəyişməzdən əvvəl “Effektinvest”in direktoru olub. Bir qədər əvvəl isə BOKT-a rəhbərlik Murad Cavadova həvalə edilib.

Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 900 min manatdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər