23 C
Baku
Monday, July 15, 2024

“Effektinvest” ötən il kiçilib, gəlirləri və mənfəəti azalıb

“Effektinvest” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 2 milyon 864 min manat mənfəətlə başa vurub. 2021-ci ildə BOKT-un mənfəəti 3 milyon 338 min manat olub ki, bu da illik müqayisədə 14.2% azdır.

Banker.az bu barədə BOKT-un maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Effektinvest”in cəmi gəlirləri 68 min manat (əvvəlki ilə nisbətən 35%az) , cəmi xərcləri 65 min manat təşkil edib.

Bu il yanvarın 1-nə “Effektinvest”in aktivləri 1 milyon 461 min manat olub ki, bu da illik müqayisədə 2.4% azdır. Bunun 968 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Belə ki, BOKT-un kredit portfeli 0.3% artıb.

Xatırladaq ki, “Effektinvest” 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 810 min manatdır.

e1 e2

Son xəbərlər
Digər xəbərlər