3 C
Baku
Saturday, December 14, 2024

Effektiv idarəetmə – makroiqtisadi göstəricilər işçi qrupunun iclası olacaq

Sabah saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupun “Webex” onlayn platforması vasitəsilə növbəti iclasının keçirilməsi nəzərdə tutulur.

Bu  barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, iclasda işçi qrupa üzv dövlət qurumları, ictimai birlik və assosasiya nümayəndələri, İsveçrənin İqtisadi Əməkdaşlıq üzrə Dövlət Katibliyinin (SECO) nümayəndəsinin iştirakı nəzərdə tutulub. İclasda işçi qrupun 2021-ci il üzrə fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti müzakirə ediləcək, xüsusilə büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, inflyasiyanın hədəf çərçivəsində saxlanması, dövlət tənzimlənməsi yükünün optimallaşdırılması və tənzimləmənin keyfiyyətinin artırılması istiqamətində hesabat dövründə görülmüş işlər barədə fikir mübadiləsi aparılacaq. İclasda həmçinin işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planı layihəsinin müzakirəsi nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər