6 C
Baku
Sunday, December 15, 2024

Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası olub

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Effektiv idarəetmə və makroiqtisadi göstəricilər üzrə işçi qrupunun iclası keçirilib.

Banker.az xəbər verir ki, iclas “Webex” onlayn platforması vasitəsilə baş tutub.

İclasda AMB ilə yanaşı, İqtisadiyyat Nazirliyinin, nazirlik yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun, Dövlət Statistika Komitəsinin, həmçinin “Avrasiya Hasilat Sənayesi Bilik Mərkəzi” və “İqtisadi Təşəbbüslərə Yardım” İctimai Birliklərinin təmsilçiləri iştirak edib. İclasda işçi qrupunun 2022-ci il üzrə fəaliyyət planı çərçivəsində il ərzində görülməsi nəzərdə tutulan tədbirlər müzakirə edilib, qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Büdcə şəffaflığının təmin edilməsi, borc dayanıqlılığının artırılması, tənzimləmənin keyfiyyətinin yüksəldilməsi, təbii resursların effektiv idarə edilməsi ilə bağlı məsələlər iclasda əsas müzakirə mövzusu olub.

Qarşılıqlı müzakirə formatında aparılan iclasın nəticəsində ölkəmizin beynəlxalq reytinqlərdə mövqeyinin yüksəldilməsi istiqamətində digər aidiyyəti qurumlardan nümayəndələrin işçi qrupunun işinə cəlb edilməsi, müvafiq təkliflərin formalaşdırılaraq nəzərdən keçirilmək üçün Komissiyaya təqdim edilməsi qərara alınıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər