Görməli olduğunuz işlərin və öhdəsindən gəlməli olduğunuz tapşırıqların siyahısını tərtib etmək effektiv planlaşdırmanın ən yaxşı üsullarından biridir. Bu nəinki işinizi yüngülləşdirməyə, həmçinin yersiz stressdən uzaqlaşmağa kömək edir.
Bu siyahını isə tərtib edərkən bunun üçün uyğun bir zaman seçin. Bu prosesi yorğun iş günündən sonra həddindən artıq yüklənmiş beyin, yorğun bədən və əzələ sistemi ilə etmək lazım deyil. Lakin bu zaman elə başa düşülməməlidir ki, effektiv planlaşdırma üçün ən uyğun zaman iş saatının ilk dəqiqələridir. Xeyr, bunun üçün ən uyğun zaman səhər yeməyindən sonrakı ilk 5 dəqiqədir. Belə ki, ofisdən kənarda fikrinizi daha yaxşı cəmləşdirə biləcəksiniz.
Siyahının kifayət qədər qısa və sadə olmasına çalışın. Pareto prinsipinı xatırlayın. Sözügedən Pareto prinsipinə əsasən, 20% zəhmət 80% nəticə, 80% zəhmət isə 20% nəticə qazandırır. Özünüz üçün mühüm olan məhz o 20% üzərində diqqət cəmləməlisiniz.
Xırdalıqlardan başlayın. İlk olaraq siyahınıza həll etmək üçün cəmi 10 dəqiqə tələb olunan tapşırıqlar əlavə edin. Bu tapşırıqları yerinə yetirdikdə onları siyahıdan çıxarın. Bu daha çətin tapşırıqları icra etmək üçün stimul rolunu oynayacaq.
Tərtib etdiyiniz bu planı və yaxud siyahını daim gözünüzlə görə biləcəyiniz bir yerə yerləşdirin. Belə ki, gərgin iş şəraitində siyahınız digər sənədlər arasında itə bilər. Bu vəziyyət ilə üzləşməmək üçün belə desək onu daim “əlinizin altında” saxlayın.
Hər səhər yeni siyahı ilə başlayır. Əvvəlki siyahını daim diqqətdə saxlamaqla, hər gün kiçik də olsa yeni plan tərtib etməlisiniz. Buraya isə yuxarıda qeyd etdiyimiz kimi prioritet təşkil edən 20% olan tapşırıqlar daxil olmalıdır. Keçmiş siyahıda yerinə yetirmədiyiniz tapşırıqlar varsa, onları mütləq olaraq reallaşdırmağı unutmayın.
Yatağınızın yaxınlığında qeyd dəftərinizin olması məqsədəuyğundur. Belə ki, yeni ideya ilə oyandıqda onu unutmamaq üçün dərhal olaraq qeyd edin.