Effektiv satışların əsas sirləri
- Satış – ilk növbədə ünsiyyətdir!
- Uğurlu satışların kökündə yaxşı əhval-ruhiyyə dayanır.
- İnsanlar məhsulu deyil, onun haqqında məlumatı alırlar.
- Satıcı yalnızca 1000-ci satışdan sonra təcrübəli satıcıya çevrilir.
- Uğurlu satıcı məhsulla birgə müsbət emosiyalar da satır.
- Özünüzün nifrət etdiyiniz məhsuli sata bilməzsiniz.
- Uğurlu satıcı müştərinin fayda qazanmağının qayğısına qalar.
- Sadəcə satıcı deyil, həm də sahibkar olduqda sizə olan etibar iki qat artır.
- Satışların effektivliyi istehlakçının bilik səviyyəsindən asılıdır.
- Yeni məhsulu satmaq hər zaman çətindir.
- Öz kateqoriyanız üzrə ən uğurlu satıcılar haqqında məlumat toplayın.
- Məhsul istehlakçının tələbatlarına uyğun olmalıdır.
- Məhsulunu kütlə üçün əlçatan edən daim qalib gələr.
- Uğurun zəmanətçisi – məhsulunuzun məşhur insanlar arasında populyar olmasıdır.
- Müştəri üçün vacib olan satış prosesindən sonra sizin onu unutmamağınızdır.
- Sahib olduğunuz ticarət nöqtəsi istehlakçıların fəal olduqları ərazilərdə yerləşməlidir.
- Bundan əlavə, ticarət nöqtəsi istehlakçının statusuna uyğun olmalıdır.
- Satış prosesində şirkətin bütün əməkdaşları iştirak edir.
- Uğurlu satış prosesi – istənilən şirkətin uğuruna zəmanət verir.