Efiopiya parlamentinin iclasında ölkənin növbəti prezidenti seçilib.
Parlament səsverməsi nəticəsində ölkənin xarici işlər naziri Tayi Atske Selasye ölkə başçısı seçilib. O, bu postda ölkənin ilk qadın dövlət başçısı Sahle-Vork Zevdeni əvəzləyib.
Sahle-Vork Zevdenin missiyası oktyabrın sonunda başa çatır. Efiopiyada prezident postu sırf simvolik xarakter daşıyır.