Əfqanıstanın müvəqqəti hökuməti bir il ərzində hava dəhlizləri ilə 145 milyon dollar dəyərində kommersiya malları ixrac edib.
Bu barədə Əfqanıstan Ticarət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkə aerodromu vasitəsilə ixrac 247 ton təşkil edib. Əsas ixrac məhsullarına zəfəran, quru və təzə meyvələr, noxud, qiymətli daşlar, paltar, xalça və mətbəx əşyaları daxildir. Əfqanıstan məhsulları əsasən hava yolu ilə Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, İran, Özbəkistan, Almaniya və Kanadaya göndərilib.
Nazirliyin məlumatına görə, Əfqanıstanın ümumi ixracı illik müqayisədə 6 faiz azalaraq 1.81 milyard dollara enib.