Bu gün Dohada Əfqanıstan və Pakistan nümayəndə heyətlərinin görüşü keçiriləcək.
Bunu “Taliban” hərəkatının rəsmi nümayəndəsi Zabihulla Mücahid “X” sosial şəbəkə hesabında bildirib.
“Müdafiə naziri Məhəmməd Yaqubun rəhbərlik etdiyi ‘İslam Əmirliyi (Əfqanıstan)-in yüksək səviyyəli nümayəndə heyəti danışıqlar üçün Dohaya yola düşüb”, – Mücahid qeyd edib.
Xatırladaq ki, oktyabrın 15-də Pakistan və Əfqanıstan arasında 48 saatlıq atəşkəs razılaşması bağlanıb. Qarşı tərəflər dəfələrlə bir-birini atəşkəsi pozmaqda ittiham etsələr də, sonradan atəşkəs müddətinin uzadılması barədə razılıq əldə olunub.