28 C
Baku
Saturday, July 27, 2024

Əfqanıstanda qadınların bizneslərini idarə etmələri üçün ticarət bazarı açılıb

Əfqanıstanın mərkəzi Bamiyan əyalətində qadınların bizneslərini idarə etmələri üçün ticarət bazarı açılıb.

Bamiyan şəhərinin Ailə Parkı bölgəsində açılan bazar qadınların 18 mağazada məhsullarını satmasına şərait yaradıb.

Yerli media bildirib ki, bazarda qadınlar öz məhsullarını, o cümlədən əl işlərini, miniatür sənəti, xalçalar və digər sənətkarlıq nümunələrini sərgiləyə bilərlər.

Qeyd edək ki, Əfqanıstanın bir sıra əyalətlərində, o cümlədən Herat, Bəlx, Bədəxşan və paytaxt Kabildə qadınlar üçün ticarət bazarları açılıb.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər