Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılması regiona daha çox sülh gətirəcək.
Bunu Gürcüstanda səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan həmkarı İliya Darçiaşvili ilə birgə mətbuata açıqlamasında deyib.
Mirzoyan kommunikasiyaların bərpasının Ermənistanla yanaşı, digər region ölkələrinin iqtisadiyyatını dəstəkləyəcəyini əlavə edib.
“Əgər bir ay intensiv işləsək, bu prosesi tamamlaya və Azərbaycanla vacib razılaşmanı imzalaya bilərik”, – Mirzoyan qeyd edib.