10 C
Baku
Sunday, November 10, 2024

Əhali 3 ayda ərzaq, içki və tütün məmulatlarına ₼7.5 milyard pul xərcləyib

2024-cü ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 474.2
milyon manatlıq, o cümlədən 7 543,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 5930,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3.1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1.8 faiz, qeyri-ərzaq malları üzrə 4.9 faiz artıb.

Hesabat rübündə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi
vəsaitin 51,1 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 15,1 faizi
toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi avtomobil benzini və dizel yanacağının, 4,5 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,4 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər