25 C
Baku
Saturday, July 27, 2024

“Bank Avrasiya”nın aktivləri azalıb

“Bank Avrasiya” ASC yanvar-sentyabr aylarına olan maliyə göstəricilərini açıqlayıb.

Banker.az bu barədə bankın yaydığı hesabata istinadən xəbər verir.

Bankda müştərilərin depozitlərinin həcmində geriləmə var. Belə ki, depozit portifli 3 ay ərzində 22 fazi azalaraq 29,46 mln. manata düşüb. Bankın müştərilərə verdiyi kreditlərin həcmi 1 rüb ərzində 87,3 mln. manatdan 86,8 mln. manbata enib. Bu isə ilin əvvəli ilə müqayisədə kredit portifelinin 3% azalması deməkdir.

“Bank Avrasiya”nın öhdəliklərində bir qədər azalma var. Ötən rüblə müqayisədə 3-cü rüb öhdəlikləri 8% azalaraq 89,47 mln. manata düşüb.

Aktivləri azalıb

Hesabata görə, ötən rüblərlə müqayisədə Bankın aktivləri bir qədər kiçilib. Belə ki, 3-cü rüblə müqayisədə bankın aktivləri azalaraq 153,35 mln. manata düşüb. Adıçəkilən bankın cəmi kapitalı isə artaraq 63,89 mln. manat olub.

Mənfəət

Hesabat dövrünün göstəricilərinə əsasən bankın mənfəəti ötən rüblə müqayisədə 23,22% artaraq 11 mln. manata yaxın olub.

 

Son xəbərlər
Digər xəbərlər