12 C
Baku
Saturday, November 23, 2024

Əhali bir ildə ərzaq, içki və siqaretə 33 milyard manat xərcləyib

2023-cü ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o
cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Banker.az xəbər verir ki, 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 faiz, qeyri-ərzaq malları üzrə 5,2 faiz artıb.

2023-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin
51,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq
məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,2 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyriərzaq mallarının alınmasına sərf olunub.

 

Son xəbərlər
Digər xəbərlər