12 C
Baku
Saturday, November 23, 2024

Əhali pulunun 55%-ni ərzaq, içki və tütünə xərcləyib

2024-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42.7 milyard manatlıq, o cümlədən 23.5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 19.2 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 5,7 faiz artıb.

2024-cü ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,6 faizi ərzaq məhsullarının, 4,4 faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.

Son xəbərlər
Digər xəbərlər