2025-ci ilin 1 aprel tarixinə olan fiziki şəxslərin banklardakı depozitlərinin ümumi həcmi 14.74 mlrd manata çatıb. Bu, ilin əvvəlindən etibarən 3.1%-lik artımdır.
Banker.az xəbər verir ki, fiziki şəxslərin depozit portfeli üzrə ən iri bank “Kapital Bank” olub. Bank 3.15 mlrd manatlıq depozit həcmi ilə renkinqin birinci pilləsinə yüksəlib və ilin əvvəlindən bu göstəricidə 21.5%-lik təsirli artım əldə edib. Bu, həm də renkinqdəki ən yüksək artım göstəricisidir.
İkinci yerdə qərarlaşan Azərbaycan Beynəlxalq Bankı (ABB) isə 2.72 mlrd manatlıq portfellə əvvəlki mövqeyini qoruyur. Üçüncü sırada isə 1.78 mlrd. manatla “PAŞA Bank” dayanır.