Azərbaycanda əhalinin banklara olan borcunun həcmi son bir ildə 1.51 milyard manat və ya 22 faiz artıb.
Banker.az xəbər verir ki, 1 yanvar 2025-ci il tarixinə bankların əhalidəki istehlak kreditlərinin 8 milyard 445 milyard manata yüksəlib. Qeyri-işlək istehlak kreditlərinin payı son bir ildə 3.3 faizdən 2.9 faizə düşüb.
Ümumilikdə istehlak və ipoteka kreditlərinin həcmi isə 12 milyard 690 milyon manata yüksəlib. Bu da illik müqayisədə 2 milyard 124 milyon manat və ya 20 faiz artıb.
İpoteka kreditləri 4 milyard 245 milyon manat olmaqla illik 17 faiz artıb.