8 C
Baku
Monday, November 18, 2024

Əhalinin banklardakı depozitləri son bir ayda azalıb

Azərbaycanda avqust ayında əhali banklarda olan əmanətlərinin bir hissəsini çıxarıblar.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

2023-cü ilin 1 sentyabr tarixinə əhalinin banklardakı əmanətləri 12 milyard 276 milyon manat olmaqla bir ay öncəki göstəricidən 153.35 milyon manat və ya    1.2% azdır.

Əhalinin depozitlərinin azalmasında səbəb tələbli depozitlərinin son bir ayda 199.24 milyon və ya 3.4% azalaraq 5 milyard 584.5 milyon manata düşməsidir. Müddətli depozitlər 45.89 milyon manat (0.7%) artaraq 6 milyard 691.5 milyon manata düşüb.

Xarici valyutada olan müddətli depozitlərin həcmi 1 sentyabr tarixinə 2 milyard 395.3 milyon manat və 2 milyard 133.4 milyon manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər