10 C
Baku
Friday, December 13, 2024

Əhalinin banklardakı “dollar” depozitlərinin həcmi azalıb

Azərbaycanda əhalinin (və ya fiziki şəxslərin) banklardakı depozitlərinin həcmi azalıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının statistik bülletenində bildirilir.

Məlumata əsasən, 2023-cü ilin 1 dekabr tarixinə əhalinin depozitlərinin həcmi 12 milyard 254 milyon manat ekvivalentində olub. Bu da son bir ayda 0.14 faiz azalmadır.

Azalmanın əsas səbəbi cari hesablardakı, əsasən də xarici valyutada vəsaitlərin azalmasıdır.

Belə ki, banklarda müddətli depozitlər son bir ayda 2.1% artaraq 6 milyard 737 milyon manata və tələbli depozitlər isə 2.76% azalaraq 5 milyard 517 milyon manata düşüb. Bu azalmaya səbəb xarici depozitlərdə tələbli depozitlərin son bir ayda 1 milyard 903 milyon manat ekvivalentində olmasıdır.

photo 2023 12 26 17 14 07

Son xəbərlər
Digər xəbərlər