Tibbi sığorta əhalinin sosial müdafiəsi forması olmaqla həm də əhalinin dərman və tibb vasitələri ilə təchizatına təminat verəcək.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Tibbi sığorta haqqında” qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, icbari tibbi sığorta çərçivəsində ambulator və ya stasionar şəraitdə istifadəsinə təminat veriləcək dərman vasitələri xidmətlər zərfi ilə müəyyən ediləcək. İcbari tibbi sığorta dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, sığorta hadisəsi zamanı sığortaolunanların tibbi yardım alması ilə bərabər onların dərman və tibb vasitələrindən istifadə etməsini təmin edəcək.
Ambulator şəraitdə dərman vasitələrinin buraxılması haqqında müqavilə sığortaolunanlara icbari tibbi sığorta çərçivəsində ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin buraxılması məqsədilə aptek təşkilatı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında bağlanılan müqavilə, dərman vasitələrinin pozitiv siyahısı xidmətlər zərfində nəzərdə tutulmuş dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adları (təsiredici maddələrin adları) üzrə ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin məcmusudur.