6 C
Baku
Sunday, December 15, 2024

Əhalinin gəlirləri artıb və əhali ötən il 3 mlrd. manat qənaət edib – DSK

Azərbaycan əhalisi 2023-cü ildə 3 milyard 25.7 milyon manatlıq qənaət edib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da illik müqayisədə 328.4 milyon manat və ya 12 faiz artımdır. 2022-ci ildə 2 mlrd. 697.3 mln. manat olmuşdu.

Adambaşına düşən illik qənaətin həcmi 2023-cü ildə 297.1 manat olub. 2022-ci ildə adambaşına illik qənaətin həcmi 266.3 manat idi.

Əhalinin gəlirləri 2023-cü ildə 78 milyard 50.2 mln. manat olub. Bu gəlirlərin 65 mlrd. 751.1 mln. manatı ilkin gəlirlər olub. Xərclərin həcmi isə 75 mlrd. 24.5 mln. manat olmaqla son istehlak xərci 65 mlrd. 21.5 mln. manatı son istehlak xərcləri təşkil edib.

3243434

Son xəbərlər
Digər xəbərlər