Azərbaycan Respublikasının 2024-cü ilin ilk üç rübündə əhalinin hər bir nəfərinə düşən nominal gəlirlər illik 5.6 faiz artıb.
Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
DSK-nin istehlak üçün alınan bütün məhsul və xidmətlərin ümumi qiymətinin ölçən İstehlak Qiymətləri İndeksi sentyabrda illik 3.5 faiz, aylıq isə 1.5 faiz olub. Yəni pulun alıcılıq qabiliyyəti son bir ildə cəmi 3.5 faiz olub.
Beləliklə, əhalinin gəlirləri qiymət artımlarını 2.1 faiz bəndi üstələyir.
Əhalinin hər nəfərinə düşən nominal gəlirlər 6 039.2 manat olub. Ümumi əhalinin nominal gəlirləri 61 milyard 587 milyon manat olub və illik 6.1 faiz olub.