7 C
Baku
Sunday, December 15, 2024

Əhalinin gəlirləri 2.1%, qiymətlər isə 6.2% artıb

Azərbaycan Respublikasının əhalinin adambaşına düşən nominal gəlirləri illik müqayisədə 2.1% artıb, lakin artım dinamikası inflyasiyadan xeyli aşağı olaraq qalmaqdadır.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadla xəbər verir.

Əhalisinin nominal gəlirləri 2021-ci ilin ilk 11 ayında 51 milyard 619.3 milyon manat olub. Bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2.5% artım deməkdir.

Əhalinin hər nəfərinə düşən nominal gəlirlər isə 5 153.3 manat olub.

Qeyd edək ki, 2021-ci ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6.2 faiz artıb.

231231

Son xəbərlər
Digər xəbərlər