10 C
Baku
Wednesday, December 11, 2024

Əhalinin müddətli depozitlərinin həcmi 8 mlrd. manatı keçərək tarixi rekord vurub

Azərbaycanda əhali 2024-cü ilin iyulunda banklarda yerləşdirdiyi müddətli əmanətlərin həcmini 8 milyard manatı keçib. Bu, ölkə tarixində fiziki şəxslərin bankdakı ən iri həcmli müddətli əmanət həcmidir.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, əhalinin banklardakı müddətli əmanətlərinin həcmi təkcə iyul ayında 317.03 milyon manat və ya 4.1% çoxdur. İlin əvvəlindən isə 17% artımdır.

Müddətli əmanətlərin iyulun əvvəlində  7 milyard 750.6 milyon manat olduğu halda, avqustun əvvəlinə 8 milyard 67.7 milyon manata yüksəlib.

Artıma əsas dəstək yerli valyuta manatda olan hissəsinin 6% artımla  4 milyard 997.63 milyon manatdan 5 milyard 281.39 milyon manata yüksəlməsidir. Qalan 2 milyard 786.3 milyon manat ekvivalenti isə xarici valyutada olan əmanətlərdir.

Azərbaycanda hökumət 7 ildir vergi güzəştini keçən il bank əmanətçiləri üçün dayandırsa da, cari ilin əvvəlində buna differensial qaydada hesablamağa başlayıb. Belə ki, manatda yerləşdirilən depozitlərdə aylıq 200 manatadək hissəsi vergidən azaddır.

Əlavə olaraq, bu güzəştlər fonunda manatda depozitlərin glirliliyi də yükdəkdir. Məsələn, bu ayın əvvəlinə manatda olan depozitlərin orta gəlirliliyi 9.36 faizdir, məsələn bu ilin əvvəlində 9.26 faiz idi. Sabit məzənnə şəraitindədə ortamüddətli perespektə manat əhali üçün gəlirlilik baxımından cəlbedici olması səbəbindən banklardakı bu maliyyə mənbəsi yüksəlməkdə davam edir.

Mərkəzi Bankın yeni depozit faizlərini müəyyənləşdirən orta faizlər iyulun əvvəlində 8.40 faizə qalxmaqla 2022-ci ilin noyabrından bu tərəfə ən yüksək gəlirlilik dvrünə keçcidiyi görülməkdədir.

Son xəbərlər
Digər xəbərlər