1 C
Baku
Saturday, December 14, 2024

Əhalinin siqaretə çəkdiyi xərclərin həcmi artaraq ilk üç rübdə ₼181 mln. olub

Azərbaycan əhalisi 2023-cü ilin ilk 9 ayında siqaret və digər tütün məmulatları üçün 181.06 milyon manat pul xərcləyiblər.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Siqaretə öncəki ildə 159.94 milyon manat siqaret üçün vəsait xərcləmişdilər və bu da son bir ildə 20 milyon manat və ya 13 faiz artıb.

DSK-nın məlumatına görə, 2023-cü ilin ilk üç rübü ərzində illik müqayisədə ölkə ərazisində tütün məmulatları cəmi 5.7 bahalaşıb.

İlin iyul-sentyabr ayları ərzində əhalinin bu məhsullara çəkdiyi xərc 64.45 mln. manat olub.

 

Son xəbərlər
Digər xəbərlər