İsrail Suriya ərazisindən çıxmalıdır.
Bu barədə Suriya Prezidenti Əhməd əl-Şaraa Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirdə bildirib.
Onun sözlərinə görə, təhlükəsizliklə bağlı narahatlıqlar danışıqlar yolu ilə müzakirə oluna bilər.
“Amma əsl sual budur: İsrailin həqiqətən də təhlükəsizlik narahatlıqları, yoxsa ekspansionist ambisiyaları var? Danışıqlar bunu üzə çıxaracaq”, – Suriya lideri vurğulayıb.