9 C
Baku
Sunday, November 10, 2024

Ehtiyat fondlarından bu ilin 9 ayında ayrılan vəsaitin həcmi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında dövlət büdcəsində ehtiyat fondlar üçün nəzərdə tutulmuş vəsaitdən müvafiq sərəncamlar əsasında 365,3 milyon manat (269,4 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan, 95,9 milyon manatı isə dövlət büdcəsinin ehtiyat fondundan) ayrılıb. Həmin ayrılmış vəsaitin 205,7 milyon manatının maliyyələşməsi həyata keçirilib.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait ölkə ərazisində bir sıra avtomobil yollarının tikintisi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərə və həyatını itirmiş şəxslərin ailə üzvlərinə müalicə və psixoloji dəstək xərcləri, İkinci dünya müharibəsində iştirakla bağlı birdəfəlik maliyyə yardımları, habelə beynəlxalq və ölkə səviyyəli tədbirlərin təşkili məqsədi ilə istifadə olunub.

Dövlət büdcəsinin ehtiyat fondundan Türkiyə Respublikasında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı yardımların daşınması və xilasetmə əməliyyatlarında iştirak xərcləri, “İşğaldan azad ediimiş ərazilərə Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına nəzarət və hesabatlılıq Portalı”nın formalaşdırılması, Bakı və Gəncə şəhərlərində “Təhlükəsiz şəhər” sisteminin əhatə dairəsinin genişləndirilməsi, videonəzarət vasitələri olmayan ərazilərin kameralaşdırılmasının sürətləndirilməsi, süni intellekt əsaslı videoanalitika sistemlərinin yaradılması və bir sıra digər istiqamətlər üzrə xərclərin maliyyələşdirilməsi həyata keçirilib.

Son xəbərlər
Digər xəbərlər