29 C
Baku
Tuesday, July 23, 2024

Ehtiyatlardan istifadə baha başa gəlir. Dollar Çində bahalaşacaq

Çinin milli valyutasının məzənnəsinin sabit qalacağı barədə həm bu ölkənin, həm də ABŞ-ın rəsmi şəxslərinin verdikləri gurultulu bəyanatlara baxmayaraq, yuan əksər xarici valyutalar, o cümlədən dollar qarşısında ucuzlaşmaqda davam edir.

Banker.az xəbər verir ki, bunu Report-un analitik qrupu yazıb.

Qrup bildirir ki, hazırda 6,92 olan CNY/USD nisbəti tezliklə 7-ni keçəcək.

Xatırladaq ki, ötən həftə ABŞ-ın maliyyə naziri Steven Mnuçin Çin Mərkəzi Bankından yuanın məzənnəsinin sabit qalacağı barədə vəd aldığını bəyan edib: “Yuanın ucuzlaşması Çinin maraqlarına uyğun deyil və bunu Çin Mərkəzi Bankında da başa düşürlər”.

Çin Mərkəzi Bankının sədri Yi Qanq isə ölkəsinin milli valyutasının məzənnəsinin sabit saxlanılacağını bildirib: “Məzənnəni sabit saxlayacağımıza söz veririk. Biz istəmirik ki, yuanın ucuzlaşması ticarət əməliyyatlarımıza əngəl olsun”.

Bütün bu açıqlamalar Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun birgə təşkil etdiyi toplantıda verilib. Tədbir dünyanın iki aparıcı iqtisadiyyatı arasındakı gərginliyi azaltmaq məqsədi ilə təşkil olunub.

Görünən isə odur ki, Çində Amerika valyutasının məzənnəsi artmaqdadır. Qeyd edək ki, bu ilin əvvəlindən yuan dollar qarşısında 6,3% dəyər itirib. Son 1 həftə ərzində isə ucuzlaşma 0,02 yuan və yaxud 0,3% təşkil edib və bu tendensiya davam edir.

Analitik qrupu hesab edir ki, rəsmi Pekin məzənnəni sabit saxlayacağı barədə vədinə əməl etməyəcək. Çünki bu, Çinin valyuta ehtiyatlarının xərclənməsi bahasına başa gəlir. Şərqi Asiya ölkəsinin Türkiyə kimi yeni iqtisadi proqram hazırlayıb həyata keçirməsi isə inandırıcı görünmür. Odur ki, Çində ABŞ dollarının məzənnəsinin nəinki 7 yuana çatması, hətta yaxın 1 ay ərzində 7,15-7,2 yuana qədər yüksəlməsi mümkündür.

Son xəbərlər
Digər xəbərlər