-3 C
Baku
Sunday, December 15, 2024

EIA 2021 və 2022-ci illər üçün qlobal neft hasilatı proqnozunu dəyişdirib

ABŞ Energetika Nazirliyi 2021-ci ilin dördüncü rübündə ölkədə gündəlik neft hasilatında 500 min barel artım olacağını, sutkalıq hasilatın 11,4 milyon barelə çatacağını gözləyir.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Agentliyinin (EIA) hesabatında deyilir.

Hesabatda 2022-ci ildə gözlənilən hasilat həcmi sutkalıq 100 min barel azaldılaraq gündəlik 11,9 milyon barelə endirilib.

Bundan əlavə, Nazirlik OPEC neft hasilatının ilin ikinci rübündə gündəlik 700 min barel artaraq 25,8 milyon barelə çatacağını gözləyir, bu proqnozunu OPEC+in may-iyul aylarında hasilatın tədricən artırılması qərarı ilə əlaqələndirir. Qurum 2021-ci ilin ikinci yarısında OPEC hasilatında gündəlik 2,1 milyon barel artım olacağını və göstəricinin 27,9 milyon barel çatacağını gözləyir.

Son xəbərlər
Digər xəbərlər