10 C
Baku
Tuesday, November 26, 2024

EIA 2022-2023-ci ilər üçün neft qiymətləri üzrə proqnozunu azaldıb

ABŞ Energetika Nazirliyi 2022-ci ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozu 102.13 ABŞ dollardan 101.48 dollaradək endirib.

2023-cü ildə neftin qiyməti 92.36 dollar təşkil edə bilər, bu da noyabrda verilən proqnoz göstəricidən 2.97 dollar azdır.

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiymətinin 2022-ci ildə 95.22 dollar (öncəki proqnoz – 95.88 dollar), 2023-cü ildə isə 86.36 dollar (öncəki proqnoz – 89.33 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Qeyd olunur ki, ötən il “Brent” markalı etalon neftin orta qiyməti 70.89 dollar, WTI neftimim qiyməti isə 68.21 dollar təşkil edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər