1 C
Baku
Bazar ertəsi, Yanvar 17, 2022

EIA 2023-cü il üçün neftin qiyməti üzrə proqnozunu açıqlayıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2023-cü il üçün neftin qiyməti üzrə proqnozunu açıqlayıb.

EIA-in aylıq hesabatına görə, gələn il “Brent” markalı etalon neftinin bir barel üçün qiymətinin 67.5 ABŞ dolları, WTI markalı neftin qiymətinin isə 63.5 dollar təşkil edəcəyi ehtimal olunur.

Bununla yanaşı, EIA bu il üçün neftin qiyməti üzrə proqnozunu yüksəldib. Belə ki, qurumun hesablamalarına əsasən, 2022-ci ildə “Brent” neftinin ortalama qiyməti 74.95 olacaq. Bu, əvvəlki proqnozla müqayisədə 4.9 dollar çoxdur. Ehtimala görə, WTI markalı neftin ortalama qiyməti cari ildə 71.32 dollar səviyyəsində olacaq, bu da öncəki proqnozdan 4.9 dollar çoxdur.

Son xəbərlər
Oxşar xəbərlər