10 C
Baku
Wednesday, December 11, 2024

EIA 2024-2025-ci illər üçün qlobal neft tələbatı üzrə proqnozunu azaldıb

ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) 2024-2025-ci illər üçün maye karbohidrogenlərin gündəlik qlobal tələbatı üzrə proqnozunu açıqlayıb.

EIA-nın aylıq hesabatına əsasən, bu il maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 102,91 mln. barel səviyyəsində olacaq, bu da öncə verilən proqnozdan 0,07 mln. barel azdır.

Bununla yanaşı, EIA gələn il qlobal gündəlik neft tələbatının 104,68 barel səviyyəsində olacağını ehtimal edir (öncəki proqnoz – 104,51 barel).

Qeyd olunur ki, 2023-cü ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 101,8 mln. barel təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə maye karbohidrogenlərə olan qlobal gündəlik tələbat ortalama 99,15 mln. barel olub. 2021-ci ildə bu göstərici 97,56 mln. barel, 2020-ci ildə – 91,81 mln. barel, 2019-cu ildə isə bu göstərici 101,23 dollar səviyyəsində olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər