EIA: ABŞ-da neft emalının həcmi azalır

ABŞ-da neft emalı həcmi keçən həftənin yekununda gündəlik 169 min barel, neft emalı zavodlarının istehsal güclərinin istifadəsi isə 1,1 faiz bəndi azalıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) bazar ertəsi yayımladığı məlumatlarda deyilir.

Bu arada son iki həftədə ABŞ-da avtomobil yanacağına tələbat artıb. Sahə analitikləri 2021-ci ildə onun daha sabit səviyyəsini proqnozlaşdırırlar, lakin göstərici COVID-19-a qarşı peyvəndlərin mövcudluğu və effektivliyindən asılı olacaq.

EIA-dan bildirilib ki, ötən həftə ərzində xam neft ehtiyatlarının həcmi 562 min barel/gün azalaraq 499,5 milyon barel/günə düşüb. “Reuters”in rəyini soruşduğu analitiklər isə 3,2 milyon barel/gün azalma gözləyirdi.

Daha əvvəl bildirildiyi kimi, oktyabrda ABŞ-da avtomobil trafiki 8,8% azalıb və Nəqliyyat Nazirliyinin məlumatlarına görə, 259 milyard mil (ötən ilin analoji dövrü ilə müqayisədə 25 milyard mil az) təşkil edib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər