26 C
Baku
Saturday, July 27, 2024

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu artırıb

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

EIA-nin verdiyi məlumata görə, bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 730 min barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 20 min barel çoxdur.

Məlumata əsasən, gələn il Azərbaycanda gündəlik neft hasilatı 750 min barel təşkil edəcək (may ayı üçün verilən proqnoza görə, bu göstərici 740 min barel təşkil etməli idi).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 790 min barel təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər