EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu azaldıb

Neft

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2021-2022-ci illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

Bu il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edəcək ki, bu da əvvəlki proqnozdan (iyun ayında verilib – red.) 10 min barel azdır.

Qurumun proqnozuna görə, 2022-ci ildə ölkədə gündəlik neft hasilatı artaraq 760 min barel təşkil edəcək. Bu, iyunda verilən proqnozla müqayisədə 20 min barel azdır.

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 700 min barel səviyyəsində olub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.