13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

EIA Azərbaycanın neft hasilatı üzrə proqnozunu dəyişib

faizlere

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanda 2020-2021-ci illərdə gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişib.

Bu il Azərbaycanda orta gündəlik neft və digər maye karbohidrogenlər hasilatı 710 min barel səviyyəsində olacaq ki, bu da öncəki proqnozdan 20 min barel azdır.

Məlumata əsasən, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 740 min barel təşkil edəcək (iyun ayı üçün verilən proqnoza görə, bu göstərici 750 min barel təşkil etməli idi).

EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 790 min barel təşkil edib.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər