10 C
Baku
Sunday, April 13, 2025

EIA Azərbaycanda gündəlik neft hasilatı üzrə proqnozunu açıqlayıb

ABŞ-in Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) Azərbaycanda 2025-2026-ci illər üçün orta hesabla gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yeniləyib.

EIA-nın aylıq hesabatına əsasən, 2025-ci ildə ölkədə ortalama gündəlik neft hasilatı 620 min barel səviyyəsində olacaq, bu da öncəki proqnoz göstəricisindən 10 min barel azdır.

EIA-nın ehtimalına görə, gələn il ölkədə qeyd olunan göstərici 610 min barel təşkil edəcək (proqnoz dəyişməyib).

Hesabata əsasən, 2024-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 600 min barel olub.

Xatırladaq ki, 2023-cü ildə Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 620 min barel təşkil edib.

Əlavə etmək lazımdır ki, 2022-ci ildə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel, 2021-ci ildə isə 720 min barel səviyyəsində olub.

Qeyd edək ki, 2019 və 2020-ci illərdə sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel olub.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər