24 C
Baku
Sunday, September 29, 2024

EİA Azərbaycanda neft hasilatı üzrə proqnozunu yenidən azaldıb

ABŞ hökumətinin Enerji İnformasiyaları Administrasiyası (EIA) bu ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı üzrə proqnozuna dəyişiklik edib.

Bu barədə EIA-ın sonuncu “Short-Term Energy Outlook – December 2020” hesabatına istinadən xəbər verilir.

EIA-ın yeni proqnozuna görə, 2020-ci ilin dördüncü rübündə Azərbaycanda orta gündəlik neft hasilatı 680 min barel təşkil edəcək. Bu, əvvəlki proqnozdan 10 min barel azdır, bu ilin üçüncü rübünün göstəriciləri ilə müqayisədə isə 10 min barel və ya 1,5 % çoxdur.

2020-ci ilin birinci rübü ilə müqayisədə isə Azərbaycanda gündəlik orta neft hasilatı üzrə proqnoz 90 min barel və ya 11,7 % azdır. 2019-cu ilin dördüncü rübünün göstəriciləri ilə müqayisədə isə bu rəqəm 80 min barel və ya 10,5 % azdır.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanda orta gündəlik neft hasilatı 700 min barel təşkil edəcəyi proqnozlaşdırılır. Bu da daha öncəki noyabr ayında verilən proqnozdan 10 min barel azdır.

Son xəbərlər
Digər xəbərlər